AZ

Putin və Trampın tarixi görüşü başa çatdı -YENİLƏNİB

ABŞ Prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin arasında görüş başa çatıb.

Görüş təxminən 3 saat davam edib.

Putinlə Trampın mətbuat konfransı üçün son hazırlıqlar gedir.Rusiya Prezidenti Vladimir Putin Ağ Ev rəhbəri Donald Trampla görüş üçün , RA-64531 xüsusi reysi ilə Maqadandan Alyaskaya  uçub.

***

News24.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putinin təyyarəsi avqustun 15-də yerli vaxtla saat 11:00-da Ankoric şəhərinə enəcək.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki,  Putin Tramla görüşdə Ukrayna nizamlanmasından tutmuş Rusiya-Amerika münasibətlərinə qədər bir sıra məsələlər üzrə danışıqlar aparacaq. 

***

ABŞ Prezidenti Donald Trampın təyyarəsi artıq Alyasakaya eniş edib. ABŞ lideri Elmendorf-Riçardson hərbi bazasında rusiyalı həmkarının gəlişini gözləyir.

***

Artıq Rusiya lideri Vladimir Putinin də təyyarəsi ilkin görüş nöqtəsinə çatıb.

***

ABŞ lideri rusiyalı həmkarını Riçardson hərbi bazasında şəxsən qarşıladı.


Seçilən
157
50
news24.az

10Mənbələr