AZ

Gözlənilən görüş... - Yenilənib

Rusiya Prezidenti Vladimir Putin Ağ Ev rəhbəri Donald Trampla görüş üçün , RA-64531 xüsusi reysi ilə Maqadandan Alyaskaya  uçub.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Putinin təyyarəsi avqustun 15-də yerli vaxtla saat 11:00-da Ankoric şəhərinə enəcək.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki,  Putin Tramla görüşdə Ukrayna nizamlanmasından tutmuş Rusiya-Amerika münasibətlərinə qədər bir sıra məsələlər üzrə danışıqlar aparacaq. 

***

ABŞ Prezidenti Donald Trampın təyyarəsi artıq Alyasakaya eniş edib. ABŞ lideri Elmendorf-Riçardson hərbi bazasında rusiyalı həmkarının gəlişini gözləyir.

***

Artıq Rusiya lideri Vladimir Putinin də təyyarəsi ilkin görüş nöqtəsinə çatıb.

***
ABŞ lideri rusiyalı həmkarını Riçardson hərbi bazasında şəxsən qarşıladı.

Seçilən
43
6
qafqazinfo.az

10Mənbələr