Böyük Britaniyanın Mançester hava limanında iki təyyarənin uçuş zolağında qanadlarının toqquşması nəticəsində reyslərdə gecikmələr yaranıb.
Axar.az BBC-yə istinadla xəbər verir ki, Mançesterdən Cəbəllütariq istiqamətində uçan reys ilə Paris Şarl de Qoll hava limanına yollanan reys üzrə təyyarələr hərəkəti zamanı bir-birinə toxunub.
Toqquşmadan sonra hava limanında bütün uçuşlar qısa müddətə dayandırılıb, zədələnmiş təyyarələrdə təhlükəsizlik yoxlaması aparılıb. Mançester hava limanı fəaliyyətini bərpa edib.
Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb.