AZ

Britaniyada hava limanında iki təyyarə toqquşdu

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Böyük Britaniyanın Mançester hava limanında iki təyyarənin uçuş zolağında qanadlarının toqquşması nəticəsində reyslərdə gecikmələr yaranıb.

Milli.Az xəbər verir ki, Mançesterdən Cəbəllütariq istiqamətində uçan reys ilə Paris Şarl de Qoll hava limanına yollanan reys taksi hərəkəti zamanı bir-birinə toxunub.

Toqquşmadan sonra hava limanında bütün uçuşlar qısa müddətə dayandırılıb, zədələnmiş təyyarələrdə təhlükəsizlik yoxlaması aparılıb. Mançester hava limanı fəaliyyətini bərpa edib.

Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb.

 

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
43
12
news.milli.az

10Mənbələr