AZ

Elməddin Mehdiyev BMT-də yüksək vəzifəyə təyin olundu

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) direktoru Elməddin Mehdiyev BMT-də yüksək vəzifəyə təyin olunub.

Bakues.az xəbər verir ki, Elməddin Mehdiyev bu barədə “X” hesabında məlumat verib.

“BMT Baş katibi tərəfindən BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun (UNCERF) Məsləhət Qrupuna üzv təyin edilməyim mənim üçün böyük şərəfdir.

Azərbaycan hökumətinə namizədliyimə göstərdiyi etimad və dəstəyə görə dərin minnətdarlığımı bildirirəm. BMT-nin baş katibi Antonio Quterreş tərəfindən ölkəmi bu önəmli platformada təmsil etmək üçün təyin edilməyim mənim üçün xüsusi əhəmiyyət kəsb edir.

CERF-in dünyada humanitar yardımların vaxtında və səmərəli təmin olunması missiyasına töhfə verməyi səbirsizliklə gözləyirəm”, – deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, Elməddin Mehdiyev Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin direktorudur.

Seçilən
23
5
icma.az

10Mənbələr