Bakivaxti portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) direktoru Elməddin Mehdiyev BMT-də yüksək vəzifəyə təyin olunub.
Bakıvaxtı.az xəbər verir ki, Elməddin Mehdiyev bu barədə “X” hesabında məlumat verib.
“BMT Baş katibi tərəfindən BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun (UNCERF) Məsləhət Qrupuna üzv təyin edilməyim mənim üçün böyük şərəfdir.
Azərbaycan hökumətinə namizədliyimə göstərdiyi etimad və dəstəyə görə dərin minnətdarlığımı bildirirəm. BMT-nin baş katibi Antonio Quterreş tərəfindən ölkəmi bu önəmli platformada təmsil etmək üçün təyin edilməyim mənim üçün xüsusi əhəmiyyət kəsb edir.
CERF-in dünyada humanitar yardımların vaxtında və səmərəli təmin olunması missiyasına töhfə verməyi səbirsizliklə gözləyirəm”, - deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, Elməddin Mehdiyev Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin direktorudur.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.