AZ

Zelenski: Müharibəni bitirməyin vaxtı çatıb

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında bu gün keçirilən görüşlə bağlı “Müharibəyə son qoymağın vaxtı çatıb və Rusiya tərəfindən müvafiq addımlar atılmalıdır” deyib.

Zelenski, Telegram hesabında paylaşımında, ordu yetkililəri ilə bir görüş keçirdiyini bildirdi.

Görüşdə cəbhədəki vəziyyətin müzakirə edildiyini qeyd edən Zelenski, Rus hücumlarını geri püskürtməyə davam etdiklərini vurğulayıb.

Donetsk vilayətində yerləşən Dobropliya şəhəri istiqamətində gedən ağır döyüşlərə toxunan Zelenski, “Bu gün Donetsk vilayətində bu və digər istiqamətlərin daha da möhkəmləndirilməsinə qərar verildi”,- deyə qeyd edib.

Rusların, Tramp və Putin arasında keçiriləcək görüşdən əvvəl sahədə üstünlük qazanmağa çalışdığını irəli sürən Zelenski bunları əlavə etdi:

“Rusiya ordusu Alyaskadakı görüşdə Rusiya rəhbərliyinə daha əlverişli siyasi mövqelər təmin etməyə çalışarkən ciddi itkilər verməyə davam edir. Bu niyyətləri görürük və müttəfiqlərimizi real vəziyyət barədə məlumatlandırırıq.”

Seçilən
12
50
aznews.az

10Mənbələr