AZ

Hovuzlarda cinsi istismar halları artdı

Almaniyanın Baden-Vürtemberq əyalətində son zamanlar çoxalan hovuz və göllərdə baş verən cinsi istismar halları səlahiyyətliləri tədbir görməyə vadar edib.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, sözügedən iddialar səbəbindən bölgədə bir neçə kişi həbs edilib.

Məlumata görə, Ştutqartın şərqində yerləşən hovuzda 42 yaşlı kişi 15 yaşlı iki qıza cinsi istismar edib. Eyni zamanda 28 yaşlı kişi şəhərin şimalındakı açıq hovuzda 12 yaşlı iki qıza cinsi təcavüz edib. Bildirilir ki, hovuz işçiləri müdaxilə edib və polis gələnə qədər təcavüzkarı saxlayıblar.

Qeyd edilib ki, bu kimi hallar son vaxtlar ciddi şəkildə artıb.

Seçilən
8
30
publika.az

10Mənbələr