AZ

Cinsi əlaqədən əvvəl bu qidaları YEMƏK OLMAZ

Dietoloq Sibile Santos cinsi əlaqədən əvvəl istehlak edilməməsi lazım olan bir neçə qidanın olduğunu söyləyib.

Publika.az xəbər verir ki, o, "Metropoles" nəşri ilə söhbətində onların adını çəkib.

Mütəxəss qeyd edib ki, cinsi əlaqədən əvvəl qadağan edilən məhsullara sarımsaq və soğan daxildir, çünki onlar ağızdan kəskin qoxuya səbəb olur, bu da partnyorun xoşuna gəlməyə bilər. Diyetoloq yağlı və ədviyyatlı yeməkləri də tövsiyə etmir. Onlar enerji artımına səbəb olur, lakin bir müddət sonra onun kəskin azalması baş verir ki, bu da yuxululuqla nəticələnə bilər.

Santos şişkinliyin qarşısını almaq üçün cinsi əlaqədən əvvəl lobya və brokoli yeməkdən çəkinməyə çağırıb. Həmçinin əti həzm etmək çox vaxt tələb edir, ona görə də insan yorğunluq hiss edə bilər.

Seçilən
73
35
publika.az

10Mənbələr