AZ

Bostan bitkiləri arasında çətənə kolu yetişdirən şəxs həbs olundu


İsmayıllı rayonunda narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı polis əməkdaşları tərəfindən əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, tədbirlərlə 55 yaşlı Aydın Allahverdiyev saxlanılıb. Onun həyətyanı sahəsindən bostan bitkilərinin arasında əkdiyi 76 ədəd çətənə bitkisi aşkarlanıb.

Saxlanılan şəxs narkotik tərkibli bitkiləri satmaq məqsədilə yetişdirdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, A.Allahverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.

NAMİQ

Seçilən
19
24
baki-xeber.com

10Mənbələr