Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakı, 15 avqust, AZƏRTAC
İsmayıllı rayonunda narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı polis əməkdaşları tərəfindən əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, tədbirlərlə 55 yaşlı Aydın Allahverdiyev saxlanılıb. Onun həyətyanı sahəsindən bostan bitkilərinin arasında əkdiyi 76 ədəd çətənə bitkisi aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri satmaq məqsədilə yetişdirdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, A.Allahverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.