AZ

"Ferentsvaroş"dan "Qarabağ"a qarşı təxribat (FOTO)

Macarıstanın "Ferentsvaroş" klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacağı Azərbaycan çempionu "Qarabağ"a qarşı təxribata yol verib.

Herbiand.az -ın məlumatına görə, Budapeşt təmsilçisinin rəsmi saytında "Qarabağ" Ermənistan çempionu kimi təqdim olunub.

Yazıda bu ölkənin adının iki dəfə çəkilməsi texniki səhv yox, təxribatçı davranış əlaməti kimi dəyərləndirilə bilər: "Çərşənbə axşamı (19 avqust - red.) Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda öz meydanımızda Ermənistan çempionunu qəbul edəcəyik. 36 qat Macarıstan çempionu olan komandamız Ermənistanın "Noa" və Bolqarıstanın "Lüdoqorets" klubları üzərində qələbələrdən sonra pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq. Robbi Kinin rəhbərlik etdiyi məşqçilər heyəti Ermənistan çempionu ilə qarşılaşma üçün heyət formalaşdıraraq, UEFA-ya təqdim edib".(Qaynarinfo)



Seçilən
12
14
herbiand.az

10Mənbələr