AZ

Macarıstan çempionundan "Qarabağ"a qarşı təxribat - Rəsmi sayt Azərbaycan çempionunu erməni klubu adlandırdı

BAKI. 15 avqust. TELEQRAF

Macarıstanın "Ferentsvaroş" klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacağı Azərbaycan çempionu "Qarabağ"a qarşı təxribata yol verib.

Teleqraf-ın məlumatına görə, Budapeşt təmsilçisinin rəsmi saytında "Qarabağ" Ermənistan çempionu kimi təqdim olunub.

Yazıda bu ölkənin adının iki dəfə çəkilməsi texniki səhv yox, təxribatçı davranış əlaməti kimi dəyərləndirilə bilər: "Çərşənbə axşamı (19 avqust - red.) Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda öz meydanımızda Ermənistan çempionunu qəbul edəcəyik. 36 qat Macarıstan çempionu olan komandamız Ermənistanın "Noa" və Bolqarıstanın "Lüdoqorets" klubları üzərində qələbələrdən sonra pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq. Robbi Kinin rəhbərlik etdiyi məşqçilər heyəti Ermənistan çempionu ilə qarşılaşma üçün heyət formalaşdıraraq, UEFA-ya təqdim edib".

Qeyd edək ki, "Ferentsvaroş" və "Qarabağ" arasında avqustun 19-da "Qrupama Arena"da keçiriləcək ilk oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq cavab görüşünün start fiti saat 23:00-da çalınacaq.

Seçilən
70
11
teleqraf.com

10Mənbələr