AZ

Azərbaycanlı referi basketbol üzrə Avropa çempionatının yarımfinal oyununun baş hakimi olacaq

Azərbaycanın beynəlxalq dərəcəli basketbol hakimi Ələkbər Həsənov Avropa çempionatında A divizionunun oyununa təyinat alıb.

Azərbaycan Basketbol Federasiyasından 90deqiqe.Az -a verilən məlumata görə, o, 16 yaşadək oğlanlar arasında turnirin yarımfinal mərhələsinin Litva – İtaliya matçının baş hakimi olacaq.

Bu gün Gürcüstanda keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.

Seçilən
17
7
90deqiqe.az

8Mənbələr