AZ

Azərbaycanın basketbol hakimi Avropa çempionatına təyinat alıb

Bakı, 13 avqust, AZƏRTAC

Azərbaycanın beynəlxalq dərəcəli basketbol hakimi Ələkbər Həsənov Avropa çempionatında A divizionunun oyununa təyinat alıb.

Azərbaycan Basketbol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, o, 16 yaşadək oğlanlar arasında turnirin 1/4 final mərhələsinin Sloveniya – Latviya matçının baş hakimi olacaq.

Bu gün Gürcüstanda keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:30-da təşkil olunacaq.

Seçilən
30
7
azertag.az

8Mənbələr