AZ

FHN-in Bakı Regional Mərkəzi təlim keçirib - VİDEO

FHN-in

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi "Yol-nəqliyyat hadisəsi zamanı qəza-xilasetmə işlərinin həyata keçirilməsi" mövzusunda praktiki gecə təlimi keçirib.Ulusum.az xəbər verir ki, bu barədə report-a FHN-dən bildirilib. Bildirilib ki, təlimin keçirilməsində məqsəd yol-nəqliyyat hadisələri zamanı xilasetmə işlərinin təşkili və aparılması qaydası, o cümlədən deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin təxliyə edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.Təlim zamanı xilasedicilər tərəfindən şərti nəqliyyat qəzası zamanı deformasiyaya uğramış avtomobildən "zərərçəkmişlər" xilas edilərək ilkin yardım göstərilib.Uğurla keçirilmiş təlimin sonunda əldə olunmuş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.Qeyd edək ki, praktiki gecə təliminə FHN-in Bakı Regional Mərkəzinin qüvvələri ilə yanaşı, DİN Baş Dövlət Yol Polisi İdarəsi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyininn əməkdaşları və müvafiq texnikası da cəlb olunub.

Diqqət Çəkənlər

Yazıçı Vüqar Tapdıqlı vəfat edib

Tramp və Putin Alyaskada Arktika və sanksiyaları müzakirə edə bilər

Yenə Zərzələ

Seçilən
31
16
ulusum.az

10Mənbələr