AZ

Qəza-xilasetmə işlərinin həyata keçirilməsi ilə bağlı təlim keçirilib  

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi “Yol-nəqliyyat hadisəsi zamanı qəza-xilasetmə işlərinin həyata keçirilməsi” mövzusunda praktiki gecə təlimi təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən AZƏRTAC-a verilən məlumata görə, təlimin keçirilməsində məqsəd yol-nəqliyyat hadisələri zamanı xilasetmə işlərinin təşkili və aparılması qaydası, o cümlədən deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin təxliyə olunması üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər tərəfindən şərti nəqliyyat qəzası zamanı deformasiyaya uğramış avtomobildən “zərərçəkmişlər” xilas edilərək ilkin yardım göstərilib.

Uğurla keçirilmiş təlimin yekununda əldə olunmuş nəticələr müzakirə edilib, müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, praktiki gecə təliminə FHN-in Bakı Regional Mərkəzinin qüvvələri ilə yanaşı, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin əməkdaşları və müvafiq texnikası cəlb olunub.

Seçilən
26
16
azerbaijan-news.az

10Mənbələr