Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi sahəsində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu barədə “İki sahil”ə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, avqustun 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 4 partlayıcı, 4 tüfəng və 52 ədəd mərmi aşkar edərək götürüblər.