EN

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi sahəsində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə “İki sahil”ə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 4 partlayıcı, 4 tüfəng və 52 ədəd mərmi aşkar edərək götürüblər.

Chosen
73
49
ikisahil.az

10Sources