AZ

Məhkəmə 92 minlik dələduzluqda təqsirləndirilərək bəraət alan şəxslə bağlı qərar verdi

Ali Məhkəmədə külli miqdarda dələduzluqda ittiham olunan Vüqar Məhərrəmovun barəsindəki qərardan verilən kassasiya protesti və kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, protest və şikayət təmin edilməyib.


Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi protesti haqlı hesab edilərək təmin edilib. Belə ki, Vüqar Məhərrəmovla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilən bəraət hökmü ləğv edilib. Yeni hökm ilə V.Məhərrəmov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs edilib. Daha sonra ona bəraət verilib.


Qeyd edək ki, V.Məhərrəmov 92 min manat dələduzluq etməkdə ittiham olunur. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham olunur.
 

Kamal Məmmədov 

Tarix: 15 Avqust 2025, 09:05   
Seçilən
44
49
pravda.az

10Mənbələr