AZ

Rafael İsgəndərovun bloger qızı "Aşk-ı Memnu"nun çəkildiyi malikanədə

Əməkdar artist Rafael İsgəndərovun bloger qızı Gülarə İsgəndərova Türkiyəyə istirahətə yollanıb.

Bizim.Media xəbər verir ki, o, reytinqli seriallardan olan "Aşk-ı Memnu"nun çəkildiyi malikanədə olub. Gülarə dəniz mənzərəli villanın gəzərək oradan görüntülər lentə alıb.

Bu barədə o, şəxsi instaqram hesabında bildirib.
 

Sözügedən villa İstanbulun Sarıyer bölgəsindəki Büyükdere məhəlləsində yerləşir. Bura xarici turistlər də gəlirlər.


Xatırladaq ki, "Aşk-ı Memnu" ilk dəfə 2008-ci ildə ekranlara gəlib. Rollarda Beren Saat, Kıvanç Tatlıtuğ, Selçuk Yöntem, Nebahat Çehre, Zerrin Tekindor kimi tanınmış aktyorlar çəkiliblər.



Bizim.Media

Seçilən
10
2
bizim.media

3Mənbələr