AZ

Rafael İsgəndərovun bloger qızı "Aşk-ı Memnu"nun çəkildiyi malikanədə

Əməkdar artist Rafael İsgəndərovun bloger qızı Gülarə İsgəndərova Türkiyəyə istirahətə yollanıb. 

Far.Az xəbər verir ki, o, reytinqli seriallardan olan "Aşk-ı Memnu"nun çəkildiyi malikanədə olub. Gülarə dəniz mənzərəli villanın gəzərək oradan görüntülər lentə alıb.

Bu barədə o şəxsi instaqram hesabında bildirib. 

Sözügedən villa İstanbulun Sarıyer bölgəsindəki Büyükdere məhəllsəində yerləşir. Bura xarici turistlər də gəlirlər.

Xatırladaq ki, "Aşk-ı Memnu" ilk dəfə 2008-ci ildə ekranlara gəlib. Rollarda Beren Saat, Kıvanç Tatlıtuğ, Selçuk Yöntem, Nebahat Çehre, Zerrin Tekindor kimi tanınmış aktyorlar çəkiliblər. 

Seçilən
27
2
far.az

3Mənbələr