Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəSabirabad şəhəri, V.Əhmədov küçəsində fəaliyyət göstərən mərkəzibazar ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədardərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətininqüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində mərkəzi bazarərazisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısamüddətdə söndürülüb.
Yanğın nəticəsində bazar ərazisində 20m² sahədə məişəttullantıları, ümumi sahəsi 900m² olan bir dam altında tikilmişbirmərtəbəli bir-birinə bitişik müxtəlif təyinatlı obyektlərdənsahəsi 16m² olan meyvə-tərəvəz mağazasının dam örtüyü və sahəsi27m² olan məişət avadanlıqları mağazasının yanar konstruksiyaları,bazara bitişik yerləşən uşaq bağçasının ərazisində 300m² sahədəquru ot yanıb.
Bitişik obyektlər və uşaq bağçasının binası yanğından mühafizəolunub.