Ağdərə rayonu, Suqovuşan kəndində dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələrinin yüksək peşəkarlığı və əməkdaşların xüsusi fədakarlığı sayəsində daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.
"Unikal" xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Bundan əlavə, Qubadlı rayonunun Qayalı kəndində açıq sahədə baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.