AZ

I yarımildə Azərbaycana 23 ölkədən 33 tona yaxın qızıl idxal edilib

2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana 3 milyard 157.6 milyon ABŞ dolları dəyərində 32 min 919.1 kiloqram qızıl idxal edilib.

 

“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ölkəyə gətirilən qızılın 1 kiloqramının orta idxal qiyməti 95 min 920.2 ABŞ dolları təşkil edib.

 

Qeyd edək ki, bu ilin ilk 6 ayında Azərbaycanda qızıl istehsalı 1600.7 kq təşkil edib. Bu dövrdə Azərbaycandan İsveçrəyə 144 milyon 13 min ABŞ dolları dəyərində 1960 kq emal olunmamış qızıl ixrac edilib. Bu məhsulun 1 kiloqramının orta ixrac qiyməti isə 73 min 475.7 ABŞ dolları təşkil edib.

 

Aşağıdakı cədvəldə bu ilin I yarısında Azərbaycana idxal edilən qızılın ölkələr üzrə həcmi və idxal dəyəri verilib:



Əlavə edək ki, ölkəyə qızıl idxalı dedikdə, qızıldan yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər nəzərdə tutulur.

Seçilən
20
9
senzor.az

10Mənbələr