AZ

Azərbaycana 23 ölkədən 33 tona yaxın qızıl idxal edilib

2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana 3 milyard 157.6 milyon ABŞ dolları dəyərində 32 min 919.1 kiloqram qızıl idxal edilib.

Dövlət Statistika Komitəsinin hesablamalara görə, hesabat dövründə ölkəyə gətirilən qızılın 1 kiloqramının orta idxal qiyməti 95 min 920.2 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu ilin ilk 6 ayında Azərbaycanda qızıl istehsalı 1600.7 kq təşkil edib. Bu dövrdə Azərbaycandan İsveçrəyə 144 milyon 13 min ABŞ dolları dəyərində 1960 kq emal olunmamış qızıl ixrac edilib. Bu məhsulun 1 kiloqramının orta ixrac qiyməti isə 73 min 475.7 ABŞ dolları təşkil edib.

Aşağıdakı cədvəldə bu ilin I yarısında Azərbaycana idxal edilən qızılın ölkələr üzrə həcmi və idxal dəyəri verilib:

Ölkələr

Qızılın həcmi, kq

Qızılın dəyəri, min ABŞ dolları

Rusiya

4752,95

439 260,21

Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı

3778,93

365 446,86

Avstraliya

3994,61

354 724,78

Amerika Birləşmiş Ştatları

3345,76

340 301,79

Cənubi Afrika Respublikası

2488,8

263 439,04

Qazaxıstan

2556,83

262 172,89

Meksika

2107,72

185 463,97

İsveçrə

1470,02

145 035,48

Kanada

1375,07

129 773,39

Özbəkistan

1201,83

122 234,44

Çin

1173,72

108 207,58

Türkiyə

1115,84

99 250,42

Almaniya

1062,49

95 859,22

Braziliya

1021,46

95 318,81

İspaniya

502,32

52 884,17

İtaliya

233,42

24 547,26

Filippin

240,88

24 325,53

Çinin xüsusi inzibati rayonu Honkonq

184,29

16 723,14

Yaponiya

149,89

15 586,09

Qırğızıstan

98,76

10 589,15

İsveç

38,16

4 099,74

Rumıniya

13,12

1 224,06

Zimbabve

12,2

1 133,44

Seçilən
10
9
anspress.com

10Mənbələr