AZ

Turan Tovuz la matç gərgin keçəcək İmişli nin braziliyalısı

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İmişli"nin legioneri Ronaldo Rodriges de Souza Misli Premyer Liqasının I turunda "Turan Tovuz"a qarşı keçirəcəkləri matçı dəyərləndirib. 

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinə danışıb. 

Braziliyalı müdafiəçi oyunun gərgin keçəcəyini, amma komandasına inandığını söyləyib:

"Turan Tovuz"la oyun gərgin olacaq. Amma yaxşı çıxış etmək və müsbət nəticə qazanmaq üçün hər gün məşq edirik. Mən komandama inanıram. Ümid edirəm ki, çempionata yaxşı start vermək üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, Misli Premyer Liqasında mövsümə avqustun 15-də start veriləcək. "İmişli" - "Turan Tovuz" oyunu avqustun 16-da, saat 17:00-da başlayacaq.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
7
fanat.az

10Mənbələr