AZ

İndiki keyfiyyətdə olan tibb təhsilinin haqqı 1000 manatdan çox ola bilməz – Münasibət

“İndi oxudum ki, Tibb Universitetində “Tibb” ixtisasının illik təhsil haqqı 2000 manat artırılıb. Yəni 6500 manat olub”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə sabiq millət vəkili Etibar Əliyev çıxış edib.

“Səmimiyyətimə inanın Gərayın, Teymurun, Vüqarın əziz canı üçün (mən humanist adamam, onların ölmüşünə demirəm) indiki keyfiyyətdə olan tibb təhsilinin haqqı 1000 manatdan çox ola bilməz… Bu addım kasıb və istedadlı gənclərə qənim kəsilməkdir. Onları təhsil hüququndan məhrum etmək və banklara təslim etməkdir”, - deyə sabiq millət vəkili qeyd edib.

E.Əliyev bildirib ki, əkələr, gedin klinikalardan gələn milyonlardan müəllimə əmək haqqı verin, kasıbı borca salmayın.



Xəbər 3 dəfə oxunub.
Seçilən
15
5
xezernews.az

7Mənbələr