AZ

“Neftçi” yeni mövsümə hazırdır REPORTAJ

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 14 avqust, AZƏRTAC

Yeni mövsüm üçün güclü heyət formalaşdıran “Neftçi” Misli Premyer Liqasına hazırlıqlarını davam etdirir.

AZƏRTAC xəbər verir ki, ötən gün komandanın media üçün açıq məşqi baş tutub və jurnalistlər məşqin gedişatını yerində izləyiblər.

Mövsümə iddialı başlamaq istəyən paytaxt klubunda ruh yüksəkliyi nəzərə çarpır. Son illərdə qeydə alınan uğursuz nəticələri unutdurmaq istəyən komanda çempionata ciddi hazırlaşır. Heyətə cəlb olunan yeni oyunçuların keyfiyyəti, eləcə də klubun baş icraçı direktoru Cenk Sümerin və komandanın baş məşqçisi Samir Abasovun açıqlamaları “ağ-qaralar”ın iddiasından xəbər verir.

Türkiyəli funksioner çempionluq barədə danışmağın tez olduğunu bildirsə də, “Neftçi”nin qızıl medallara əsas namizədlərdən biri olduğunu gizlətməyib: “Yeni mövsümdə uğurlu nəticələr əldə etmək istəyirik. Birlikdə daha yaxşı yerlərdə olacağıq. Artıq Futbol Mərkəzimiz də hazırdır. Baş məşqçimizin istədiyi oyunçuları komandaya cəlb edirik. Çempionluğa namizədlərdən biriyik. “Neftçi” camiəsini xoşbəxt edəcək nəticələr qazanmaq istəyirik”.

Cenk Sümerin sözlərindən belə aydın olur ki, klub ötənilki nəticələrin təkrarlanmaması üçün ciddi səy göstərir.

Baş məşqçi Samir Abasov da komandanın bu mövsüm çempionluq uğrunda mübarizə aparacağını istisna etməyib: “Hazırlığımız yüksək səviyyədə keçib. Transfer etdiyimiz futbolçular keyfiyyətlidir. Çempionatdakı təzyiqi anlayırıq. “Neftçi”nin adı hədəfdir. Adımıza görə oynayacağıq. Bu hədəflə oynasaq, mövsümün sonunda istəyimizə çatacağıq”.

Müşahidələrə əsasən deyə bilərik ki, “Neftçi” yeni mövsümə ciddi və iddialı şəkildə hazırlaşır. Həm klub rəhbərliyi, həm də baş məşqçi komandanın oyun keyfiyyətini artırmaq və yüksək yerlər uğrunda mübarizə aparmaq üçün bütün mümkün imkanları səfərbər edib.

Qeyd edək ki, “Neftçi” Misli Premyer Liqasının ilk turunda avqustun 16-da doğma meydanda “Şamaxı” ilə qarşılaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
50
azertag.az

10Mənbələr