AZ

Azərbaycanın tibb sahəsindəki uğurları Dünya Transplant Konqresində təqdim edilib

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 14 avqust, AZƏRTAC

Azərbaycanın tibb sahəsindəki uğurları beynəlxalq aləmdə daha bir nüfuzlu tədbirdə təqdim olunub. ABŞ-ın San-Fransisko şəhərində keçirilən Dünya Transplant Konqresində Azərbaycan Respublikası Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyasının sədri tibb elmləri doktoru Rəşad Şolan iştirak edib.

Assosiasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, R.Şolan konqresdə böyrək transplantasiyası üzrə Azərbaycan təcrübələrinə dair məruzə ilə çıxış edib. Məruzə professor Obi Ekvenna da daxil olmaqla iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Bu uğurlu təqdimat yaxın zamanda “American Journal of Transplantation” nəşrinin xüsusi buraxılışında dərc olunacaq.

Tədbir çərçivəsində R.Şolan və konqresin prezidenti professor Emily Blumberq arasında Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyasının beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində danışıqlar aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
50
azertag.az

10Mənbələr