AZ

2025-ci ilin I yarısında banklararası təminatsız bazarda aktivlik artıb

2025-ci ilin birinci yarısında banklararası bazarın təminatsız sektoru aktiv fəaliyyətini davam etdirib.

Finss.az-ın Mərkəzi Banka istinadən verdiyi məlumata görə, ilin ilk 6 ayında Blumberq ticarət sistemində banklar arasında 41,4 milyard manat məbləğində 2148 ədəd əqd bağlanıb.

Əməliyyatların 95%-i 1-3 günlük qısamüddətli kreditlərdən ibarət olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə təminatsız bazarda əqdlərin həcmi 26%, sayı isə 55% artıb.

Hesabat dövründə qısamüddətli faizlər faiz dəhlizinin daxilində hərəkət edib. 2025-ci ilin I yarısında 1 günlük banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi (AZIR indeksi) aylar üzrə dəyişkən olsa da, uçot dərəcəsinə yaxın trayektoriyada hərəkət edib. AZIR indeksi ilə uçot faiz dərəcəsi arasındakı spred I rübdə -0,4%, II rübdə -0,22% olub. Ümumilikdə, 2025-ci ilin 6 ayında AZIR indeksinin uçot dərəcəsindən standart kənarlaşması 0,29 faiz bəndi təşkil edib.

Fuad Mədətov
Finss.az

Əlavə bax: 2025-ci ilin I yarısında Azərbaycanda qiymətli kağızlar üzrə investor ödənişləri açıqlanıb

Seçilən
9
1
fins.az

8Mənbələr