AZ

Azərbaycan bankları I yarımildə "Bloomberg"də 41 milyard manatlıq əqd bağlayıb

Bu ilin birinci yarısında banklararası bazarın təminatsız sektorunda aktivlik davam edib.

Kommersant.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2025-ci ilin 6 ayında Blumberq ticarət sistemində banklar arasında 41.4 milyard manat məbləğində 2148 ədəd əqd bağlanıb.

Məlumata görə, bu əməliyyatların həcm olaraq 95%-i 1-3 günlük olub. Ötən ilin müvafiq dövrünə nisbətən təminatsız bazarda əqdlərin həcmi 26%, sayı isə 55% artıb.

"Pul bazarında qısamüddətli faizlər hesabat dövrü ərzində faiz dəhlizinin daxilində hərəkət edib. 2025-ci ilin I yarısında 1 günlük banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi - AZIR indeksi aylar üzrə dəyişkən olsa da, faiz dəhlizi daxilində - uçot dərəcəsinə yaxın trayektoriyada hərəkət edib. Belə ki, AZIR indeksi ilə uçot faiz dərəcəsi arasındakı spred I rübdə -0.4%, II rübdə isə -0.22% olub. Ümumilikdə, 2025- ci ilin 6 ayında AZIR indeksinin uçot dərəcəsindən standart kənarlaşması 0.29 faiz bəndi olub", - deyə məlumatda qeyd edilib.

Seçilən
57
6
kommersant.az

7Mənbələr