Şimali Koreya lideri Kim Çen Inın bacısı, Fəhlə Partiyası Mərkəzi Komitəsinin üzvü Kim Yo Conq Pxenyanın Seulla münasibətlərində hər hansı normallaşma ehtimalını qəti şəkildə rədd edib və KXDR-in tezliklə bu mövqeyi Konstitusiyada təsbit edəcəyini bəyan edib.
"Unikal" xəbər verir ki, onun bəyanatı Şimali Koreyanın KCNA xəbər agentliyi tərəfindən dərc olunub.
"Biz dəfələrlə izah etmişik ki, Koreya Respublikası ilə münasibətləri yaxşılaşdırmaq istəyimiz yoxdur. Bu, bizim son mövqeyimiz və baxışımızdır, yaxın gələcəkdə konstitusiyamızda təsbit olunacaq. Bu, çox ədalətli addım olacaq", - Kim ifadə edib.
Gülayə Mecid