AZ

ABŞ bu təşkilatı terrorçu qrup elan etdi

Vaşinqton Pakistanın Bəlucistan Azadlıq Ordusu (BLA) təşkilatını xarici terrorçu qruplar siyahısına əlavə edib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat verilib. 

Dövlət Departamenti Bəlucistan Azadlıq Ordusu və onun bölməsi olan Məcid Briqadasına xarici terror təşkilatı (FTO) statusu verib.

Bəyanatda 2019-cu ildə BLA-nın Xüsusi Təyin olunmuş Qlobal Terrorçular (SDGT) siyahısına əlavə edildiyi aydınlaşdırılır. O vaxtdan bəri təşkilat bir neçə böyük terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Hüquqi baxımdan FTO statusu SDGT ilə müqayisədə daha sərt sanksiyalara məruz qalır.

Qeyd edək ki, Bəlucistan Azadlıq Ordusu ölkənin cənub-qərb hissəsində yerləşən eyniadlı vilayətin müstəqilliyinə nail olmaq məqsədi ilə Pakistanın mərkəzi hökumətinə qarşı silahlı mübarizə aparır.

Seçilən
3
50
unikal.az

10Mənbələr