Avqustun 14-nə keçən gecə Ukrayna ordusu pilotsuz uçuş aparatları ilə Rusiyanın Volqoqrad şəhərinə hücum edib.
Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov açıqlayıb.
Hücum zamanı şəhərdə “Lukoyl-Volqoqrad neft emalı zavodu”nun ərazisində partlayış, daha sonra isə yanğın baş verib.
Qafqazinfo.az