Ukrayna ordusu pilotsuz uçuş aparatları ilə Rusiyanın Volqoqrad şəhərinə hücum edib. Bu barədə məlumatı Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov açıqlayıb.
Hücum zamanı şəhərdə “Lukoyl-Volqoqrad neft emalı zavodu”nun ərazisində partlayış, baş verib.
Daha sonra isə ərazidə yanğın baş verib.
Hələlik hadisə zamanı ölən və yaralananlarla bağlı məlumat yoxdur.
Aytac