AZ

The Times: Britaniya Ukraynada sülhməramlı qüvvələr yerləşdirməyəcək

BAKI, 14 avqust. TELEQRAF

Böyük Britaniya hakimiyyəti Ukraynada hərbi sülhməramlı qüvvələr yerləşdirmək planlarından imtina edib.

Teleqraf xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.

Məlumata görə, Britaniya artıq Ukraynaya 30 minlik kontingent göndərməyi planlaşdırmır.

İdda olunur ki, əvəzində Baş nazir Kir Starmer Ukrayna üzərində hava təhlükəsizliyini təmin etmək barədə düşünür. O, Ukrayna qoşunlarının təliminə köməklik göstərmək və Qara dənizin minalardan təmizlənməsini əhatə edən missiyanı həyata keçirməyə çalışır.

Seçilən
103
2
teleqraf.com

10Mənbələr