AZ

ABŞ paytaxtında cinayət və evsizlik əməliyyatı - 20 FTB agenti işə cəlb olunur

BAKI, TurkicWorld, Nərmin Ağayeva

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda evsizlər və cinayətkarlıqla mübarizə məqsədilə genişmiqyaslı əməliyyatın başladıldığını açıqlayıb.

TurkicWorld xəbər verir ki, Tramp “Truth Social” hesabında paylaşdığı mesajda 120 FTB agentinin polis və digər federal qurumlarla birlikdə işləyəcəyini bildirib. Onun sözlərinə görə, əməliyyat çərçivəsində şəhərin evsiz əhalisinin küçələrdən təmizlənməsi və təhlükəsizliyin bərpa edilməsi nəzərdə tutulur.
"Vaşinqton bu gün azad olunacaq. Cinayət, vəhşilik, çirkab yox olacaq. Paytaxtımızı yenidən möhtəşəm edəcəyəm", — deyə Tramp vurğulayıb.

Prezident həmçinin iyul ayında imzaladığı sərəncamla ruhi xəstəlikləri və narkotik asılılığı olan evsiz şəxslərin məcburi xəstəxanaya yerləşdirilməsini asanlaşdırmaq tapşırığını vermişdi. Sərəncam, bu şəxslərin küçələrdən zorla çıxarılmasına və uzunmüddətli xəstəxana və ya həbsxana yerləşdirilməsinə imkan yaradır.

Tramp, Vaşinqtonu “dünyanın ən təhlükəli şəhərlərindən birinə çevrilmiş” kimi təsvir edərək, əməliyyatın şəhəri “həm təhlükəsiz, həm də gözəl” edəcəyini iddia edib.

Seçilən
92
50
turkic.world

10Mənbələr