AZ

Braziliyalı müdafiəçi Kəpəz də

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

Transfer çalışmaları çərçivəsində "Kəpəz" daha bir futbolçunu heyətinə cəlb edib.

İdman.biz xəbər verir ki, braziliyalı müdafiəçi Cefferson Masiel Bentu Gəncə klubuna keçib.

22 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb. Cefferson son olaraq Portuqaliyanın “Portimonense” klubunun formasını geyinib.

Qeyd edək ki, Masiel Bentu 2024/2025-ci illər mövsümündə Portiman şəhəri təmsilçisinin heyətində 14 oyun keçirib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
26
icma.az

10Mənbələr