Ötən ilin son göstəricilərinə görə ölkə ərazisində 1 649 yanğın hadisəsi baş verib.Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Baş verən yanğınların 192-i qəsdən törədilib, 114-ü isə odla ehtiyyatsız hərəkət ucbatından baş verib.Tütün çəkilməsi zamanı ehtiyatsızlıq səbəbilə isə 20 yanğın hadisəsi baş verib.
Məlumata görə, baş vermiş yanğınlar nəticəsində dəyən zərərin miqdarı 19 495 min manat olub.