Ötən ilin son göstəricilərinə görə ölkə ərazisində 1 649 yanğın hadisəsi baş verib.Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Baş verən yanğınların 192-i qəsdən törədilib, 114-ü isə odla ehtiyyatsız hərəkət ucbatından baş verib.Tütün çəkilməsi zamanı ehtiyatsızlıq səbəbilə isə 20 yanğın hadisəsi baş verib.Məlumata görə, baş vermiş yanğınlar nəticəsində dəyən zərərin miqdarı 19 495 min manat olub.