Son 24 saatda Qəzzada aclıqdan ölənlərin sayı 235 nəfər olub.
Operativ Media xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölənlərdən 106 nəfəri uşaqlardır.
Qeyd edək ki, 2023-cü ilin oktyabr ayından davam edən münaqişədə ölənlərin ümumi sayı 61 722 nəfərə çatıb, 154 000-dən çox insan xəsarət alıb.