AZ

Premyer Liqada mövsüm bir dəqiqəlik sükutla start götürəcək

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

2025/26 mövsümü İngiltərə Premyer Liqası açılış turunun oyunları “Liverpul”un vəfat etmiş vingeri Dioqu Jota və onun qardaşı Andre Silvanın xatirəsinə bir dəqiqəlik sükutla başlayacaq.

İdman.biz xəbər verir ki, bu barədə BBC onlayn nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Premyer Liqanın 1-ci turu zamanı futbolçular həmçinin qara sarğılar taxacaqlar.

Qeyd edək ki, portuqaliyalı futbolçu iyulun 3-də qardaşı ilə birlikdə İspaniyada baş vermiş faciəvi hadisə nəticəsində həlak olub. Jota 2020-ci ildən "Liverpul"da çıxış edirdi.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
91
50
icma.az

10Mənbələr