ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanı avrokuboklarda təmsil edən "Araz-Naxçıvan" bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiprin "Omoniya" klubu ilə qarşılaşacağı matçda komandamıza 1 200 azarkeş dəstək olacaq.
Bu barədə Oxu.Az-a açıqlamasında "Araz-Naxçıvan" klubunun mətbuat katibi Mahal Məmmədov məlumat verib.
Onun sözlərinə görə, "Araz-Naxçıvan" - "Omoniya" matçı üçün hələlik ümumilikdə 1200 bilet satılsa da, bu gün daha çox biletin satılacağını gözləyirlər.
Qeyd edək ki, qarşılaşma saat 20:00-da "Liv Bona Dea Arena"da keçiriləcək.
Anar Həsənov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.