AZ

2025-ci ilin yanvar-iyul aylarında 32,6 min şəxsə əlillik təyin edilib

Əlillərə sosial ödənişlərin proaktiv təyini

Finss.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2025-ci ilin yanvar-iyul ayları ərzində 32,6 min şəxsə əlillik təyin edilib.

Bildirilib ki, bu şəxslərdən:

  • 14,5 mininə ilkin əlillik,
  • 18,1 mininə isə təkrar əlillik təyinatı aparılıb.

Agentlik əlavə edib ki, əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlavə olaraq, əlillik təyinatından sonra e-sistem üzərindən proaktiv qaydada sosial ödənişlər əlillərə təyin olunur, bu da prosesin sürətli və şəffaf olmasını təmin edir.

Fuad Mədətov
Finss.az

Seçilən
18
3
fins.az

10Mənbələr