AZ

Yeddi ayda 32 min 600 nəfərə əlillik təyin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2025-ci ilin yanvar-iyul ayları ərzində 32 min 600 nəfərə əlillik təyin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, onlardan 14 min 500 nəfərə ilkin, 18 min 100 nəfərə isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

AzPost.az

Seçilən
36
6
azpost.info

10Mənbələr