AZ

UEFA Superkuboku: PSJ "Tottenhem"lə üz-üzə

Bu gün UEFA Superkubokunun final matçı keçiriləcək.

“İki sahil” xəbər verir ki, futbol azarkeşlərinin böyük maraqla gözlədiyi qarşılaşmada UEFA Çempionlar Liqasının qalibi PSJ və UEFA Avropa Liqasının qalibi "Tottenhem" üz-üzə gələcəklər.

Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Qarşılaşma İtaliyanın Udine şəhərində yerləşən "Dacia Arena" stadionunda keçiriləcək.

Qeyd edək ki, PSJ son oyununda klublararası dünya çempionatının finalında "Çelsi"yə 0:3 hesabı ilə məğlub olub. "Tottenhem" isə "Bavariya" ilə keçirdiyi yoxlama görüşündə meydandan 1:4 hesablı məğlubiyyətlə ayrılıb.

13 avqust

UEFA Superkuboku

Saat 23:00, PSJ - "Tottenhem".

Seçilən
26
7
ikisahil.az

10Mənbələr