AZ

UEFA Superkuboku: PSJ "Tottenhem"lə üz-üzə

Bu gün UEFA Superkubokunun final matçı keçiriləcək.
 
Moderator.az xəbər verir ki, futbol azarkeşlərinin böyük maraqla gözlədiyi qarşılaşmada UEFA Çempionlar Liqasının qalibi PSJ və UEFA Avropa Liqasının qalibi "Tottenhem" üz-üzə gələcəklər.
 
Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Qarşılaşma İtaliyanın Udine şəhərində yerləşən "Dacia Arena" stadionunda keçiriləcək.
 
Qeyd edək ki, PSJ son oyununda klublararası dünya çempionatının finalında "Çelsi"yə 0:3 hesabı ilə məğlub olub. "Tottenhem" isə "Bavariya" ilə keçirdiyi yoxlama görüşündə meydandan 1:4 hesablı məğlubiyyətlə ayrılıb.
 
13 avqust
 
UEFA Superkuboku
 
Saat 23:00, PSJ - "Tottenhem".
Seçilən
24
7
moderator.az

10Mənbələr