Bu sözləri “Yeni Sabah”a açıqlamasında AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, keçmiş təhsil naziri Misir Mərdanov deyib.
Bildirək ki, Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sazişinin şərtlərindən biri də iki ölkə arasında diplomatik münasibətlərin yaranması və müvafiq nümayəndəliklərin yaradılmasıdır. Daha konkret desək Bakıda Ermənistanın, İrəvanda isə Azərbaycanın səfirliyi fəaliyyətə başlayacaq.
Erməni cəmiyyəti ni yaxından tanıyan Misir Mərdanovun səfirliyə rəhbərlik etmək ehtimalı haqda fikirlər səsləndirilir. Mərdanov isə yaşının bu cür məsuliyyətli bir vəzifə üçün uyğun olmadığını, eyni zamanda bu sahədə bacarıqlı və təcrübəli diplomatların olduğuna inamını ifadə edib:
"Mən inanıram ki, bu sahədə kifayət qədər savadlı, təcrübəli və məsuliyyətli insanlar var. Onlar bu vəzifəni layiqincə yerinə yetirə biləcək bacarıq və biliklərə sahibdirlər".
Misir Mərdanovun fikrincə, ən əsas məsələ bölgədə sülhün və sabitliyin bərqərar olmasıdır. O, bu prosesin insanların mehriban, anlayışlı və dözümlü münasibətləri əsasında qurulacağını vurğulayıb:
"Əgər sülh şəraiti bərqərar olarsa, təcrübəsi və praktik bilikləri olan mütəxəssislər təyin ediləcək, onlar da öz peşəkarlıqları ilə prosesləri uğurla idarə edəcəklər".
10Mənbələr
-
news24.azMisir Mərdanov Azərbaycanın Ermənistandakı səfiri olacaq? ( 20280252)
-
busaat.azAzərbaycanın Ermənistandakı səfiri Misir Mərdanov olacaq? ( 20284401)
-
demokrat.azMisir Mərdanov Azərbaycanın Ermənistandakı səfiri olacaq? ( 20281638)
-
infoaz.wsMisir Mərdanov Azərbaycanın Ermənistandakı səfiri olacaq? ( 20280789)
-
news24.az“Sülh sazişi imzalanana qədər 80 yaşımı da keçəcəyəm” Mərdanov ( 20280255)
-
konkret.azMisir Mərdanov Azərbaycanın Ermənistandakı səfiri olacaq? ( 20275896)
-
herbiand.azMisir Mərdanov Azərbaycanın Ermənistandakı səfiri olacaq? ( 20274384)
-
veteninfo.azAzərbaycanın Ermənistandakı səfiri Misir Mərdanov olacaq? – Özü aydınlıq gətirdi ( 20273649)
-
publika.azAzərbaycanın Ermənistandakı səfiri Misir Mərdanov olacaq? ( 20272914)
-
turkustan.azMisir Mərdanov Azərbaycanın Ermənistandakı səfiri olacaq? ( 20271015)