AZ

Azərbaycanın Ermənistandakı səfiri Misir Mərdanov olacaq?

"Mənim artıq 79 yaşım var və görünür ki, sülh sazişi imzalanana qədər 80 yaşımı da keçəcəyəm. Buna görə də real olaraq həmin işi icra etməyim mümkün deyil".

Publika.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, keçmiş təhsil naziri Misir Mərdanov deyib.

Bildirək ki, Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sazişinin şərtlərindən biri də iki ölkə arasında diplomatik münasibətlərin yaranması və müvafiq nümayəndəliklərin yaradılmasıdır. Daha konkret desək, Bakıda Ermənistanın, İrəvanda isə Azərbaycanın səfirliyi fəaliyyətə başlayacaq.

Erməni cəmiyyətini yaxından tanıyan Misir Mərdanovun səfirliyə rəhbərlik etmək ehtimalı haqda fikirlər səsləndirilir. Mərdanov isə yaşının bu cür məsuliyyətli bir vəzifə üçün uyğun olmadığını, eyni zamanda, bu sahədə bacarıqlı və təcrübəli diplomatların olduğuna inamını ifadə edib:

"Mən inanıram ki, bu sahədə kifayət qədər savadlı, təcrübəli və məsuliyyətli insanlar var. Onlar bu vəzifəni layiqincə yerinə yetirə biləcək bacarıq və biliklərə sahibdirlər".

Seçilən
101
11
publika.az

10Mənbələr